Dövlətlərin birinci dərəcəli şəxslərinin qeyri adi avtomobilləri

Prezidentlərin dayanacaqlarında olan ən qeyri adi avtomobilləri sizə təqdim edirik.

  1. Papamobil

İlkin olaraq Roma papasından danışmaq istərdik. Papa Françisk digərlərindən fərqli olaraq xalqa  yaxın olmağı üstün tutur. Ona görə də o fərqli bir avtomobil seçmişdir. Adətən öz istifadəsi üçün Renault 4L 1984-cü il avtomobilindən istifadə edir. Lakin xalqla görüş zamanı ayaqüstə durmaq üçün isə Hyundai Santa Fe krassoverindən istifadə edir. Bu cür məşhur müştəri üçün Hyundai öz maşının kobralet versiyasını istehsal etmişdir.

  1. Bentey Dominator

Bentley Dominator avtomobili hər kəs bilir ki, yalnız Bruney sultanı Hassanal üçün 6 ədəd istehsal olunmuşdur. Hər bir daxili gücünə görə digərlərindən fərqlənən bu avtomobil bilinməyən səbəblərdən sonra dəfələrlə sifariş verilməsi istənilsədə avtomobildən daha istehsal olunmayıb.

  1. Rolls-Royce Silver Wraith

Brazilya prezidenti Dilma Ruseff avtomobillər haqqında çox məlumatı olmasa da bu avtomobilinə qarşı çox həssasdır. Latın Amerikasının ilk qadın prezidenti olan Dilmanın bu avtomobili 1952-ci ilə məxsusdur. Avtomobilin hissələrinin həddindən artıq çətin tapıldığı və bahalı olması büdcədən daha çox pul aparır. Ona görə xanım bu avtomobildən çox az istifadə edir. Yalnız müəyyən rəsmi görüşlər zamanı. Adətən isə Ford Fusion avtomobilindən isitfadə edir.

  1. Fordson 1951

Uruqvay prezidentləri arasında deyəsən rəqabət başlayıb hansı ki, kim daha      köhnə maşında gəzər şüarı ilə. Xose Muxika dünyanın ən kasıb prezidenti sayılırdı. Onun sürdüyü Volkswagen Beetle 1987-ci ilə məxsus idi. Lakin növbəti prezident müəyyən məsələlərdə öncəki prezidenti geridə qoydu. Belə ki, Tabare Vaskes 1951-ci ilə məxsus olan Fordson avtomobilindən istifadə etməyə başladı. Onun bildirdiyinə görə bu avtomobil onun ilk həkim işlədiyi dövrdə olan avtomobilidir.

  1. Fod Galaxie 500XL

1970-ci ilə məxsus olan bu limuzin Yalnız Çili prezidentinə məxsus bir avtomobil deyil, həmçinin  Çili tarixinin bir hissəsidir. Yarım əsr bundan öncə 2-ci Yelizaveta bu avtomobili Çili hökümətinə hədiyyə etmişdir. O zaman üçün Çili tarixində bu avtomobil ən bahalı avtomobil sayılırdı. Bu avtomobildə bütün qonaqlar qarşılanırdı və bütün məmurlar istifadə edib. Hətta Çiliyə hücum olduğu zaman yalnız toxunulmayan bu avtomobil olmuşdur. Ona görə də bütün Çili prezidentlərinə məhs bu avtomobil yol yoldaşlığı edir

Şərhini yaz