Kişilər üçün HAMAM - ən dəyərli və ən müsbət işdir!

Çox vaxt qadınlar bu cümlələri işlədir :

Ərim hamamda  olduqca uzun müddət vaxt keçirir.Və biz qadınlarda  mütləq qısqanclıq,  içimizi  gəmirən  qurdlar və  şübhə ilə  dolu düşüncələr yaranır. Bunda  günahkar  BİZ ictimai rəyi,oxuduğumuz lətifələri ,baxdığımız filmləri görürük  .Yarıçılpaq qadınlar düşünürük  və hamam onlar üçün bir əyləncə olduğunu düşünürük.

Kişilərin hamamda özlərinə məhsus dünyaları olur.

Hamam onlar üçün elə bir yerdir ki,  onlar orda qarajda olan maşınlarını yox  istədikləri şəkildə rahat hər mövzuda söhbət edə bilirlər ən çox da qadınları müzakirə edirlər.

Amma əksər kişilər hamama öz rahatlıqları üçün baş çəkir ,onlar  problemlərini evdə qoyub dincəlmək üçün hamama baş çəkirlər .Bu onların bir növ sağlamlıqlarına nəzarət kimi də sayılır. İstilik onlarda maddələr mübadiləsini artırır, orqanizimdə qoruyucu mexanizmlərin artmasına səbəb olur, ürək-damar xəstəliklərinə xeyir edir.

Hamam – insanın sinir sisteminin  sakitləşməsində də böyük rol oynayır ,onları gümrah edir ,beyin inkişafına da təsir göstərir, qan dövranının yaxşı işləməsində də böyük rol oynayır .

Relax və ya istirahət - daxili enerji payını artırır. Bədən artıq yükdən azad olur  və isti buxar artıq sizi stressdən və problemlərdən uzaq edir . Buxar otağına daxil olduqda siz artıq tam rahatlaşmış olursunuz.

İş adamları bu istirahət növündən istifadə edib öz partnyorlarını hamama iş görüşməsinə də dəvət edirlər. Bu onlara həm səmərəli vaxt keçirmələrinə imkan verir həm də bir iş görüşü kimi də qəbul olunur.

Və bununlada belə nəticəyə gəlmək olar ki, hamam nəinki bir əyləncə həm də sağlam həyat deməkdir.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.