Qulaqlarda əmələ gələn xoşagəlməz sızanaqlarla necə mübarizə aparmaq olar?

Yəqin ki, qulaqlar sızanaqların meydana gəlməsi üçün ən uğursuz yerdir. Bu xoşagəlməzliklə mübarizə aparmağın yollarını bu məqalədə öyrənə bilərsiniz.
Birinci və ən vacib məsələ: sızanaqları heç vaxt sıxmayın. “Əllərinizi nə qədər təmiz hesab etsəniz də, yəqin ki, dırnaqların altındakı dəri bakteriyalarla zəngindir. Bu halda, sızanağa toxunduqda ona xəstəliyin düşməsi ehtimalı yüksəlir. Səhəri gün isə, sızanağın 2 dəfə daha böyük olduğunu görəcəksiniz”, - dermatoloq Coel Koen bildirir.
Sızanaqların yaranma səbəbi : Bədəninizin istənilən hissəsində sızanağın meydana gəlməsi sırf natəmiz gigiyena ilə əlaqəlidir. Mobil telefon, qulaqcıq, baş geyimi və hətta əlinizdən kir (və bakteriyalar) dərinizə düşür, məsamələri doldurur və bir gün səhər ayıldıqda qulağınızda qızartının olduğunu aşkar edirsiniz. Sızanaqların yaranmasının digər səbəbləri kimi virus infeksiyasını, düzgün olmayan qidalanma və hormonal pozuntunu göstərmək olar. Bu baxımdan qulaq sızanaqları digər sızanaqlardan heçnə ilə fərqlənmir. Xoşbəxtlikdən bütün bu yoluxmaların müalicəsi də eynidir. Əgər bu sızanaq dözülməzdirsə, pambığı peroksik benzoildə (istənilən aptekdə “baziron” adı ilə satılır) isladaraq onun üzərinə qoyun. Bu məhlul iltihab və mikrob əleyhinə təsirə malikdir. Bu o deməkdir ki, məhlul sızanağı məhv etməklə yanaşı, həm də dərini sızanaq yaradan bakteriyalardan qoruyacaq.
“Əgər düzgün gigiyena qaydalarına riayət etməsəniz heç bir baziron sizi davamlı sızanaqlardan xilas edə bilməz. Hər dəfə üzünüzü yuduqda qulaqlarınızı da yuyun və onlara salisil turşusundan hazırlanmış losyon çəkin. Bu losyon qulaq məsamələrini yağ və tərdən təmizləyəcək”, - ABŞ-ın Şimal-Qərb Universitetinin dermatoloqu Emi Dernik qeyd edir.
İkinci məsləhət : Qulaqlarınızla tez-tez təmasda olan əşyaları, o cümlədən, mobil telefonunuzu və qulaqcıqları mütəmadi olaraq nəm salfetlə təmizləyin. Alimlərin araşdırmaları nəticəsində məlum olmuşdur ki, smartfon telefonlardakı bakteriyaların miqdarı unitazın qapağı altındakı bakteriya miqdarından daha çoxdur. Mobil telefon vasitəsilə tez-tez ünsiyyətdə olmaq qulaqlarda sızanağın yaranmasının başlıca səbəblərindən biridir. Əgər qulağınızın altında sızanağın yaranmağa başladığını hiss edirsinizsə, həmin nahiyəni mütləq spirtdə isladılmış pambıqla sürtün. Düzdür bu zaman spirt dərinizi bir qədər qurudacaq, amma həmin hissədə, demək olar ki, daha heç vaxt sızanaq yaranmayacaq.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.