Viagra niyə sizin cinsi fəaliyyətinizi düzəltmir?

Təəssüf ki, kiçik mavi həb əslində sehrli deyil.

Yataq otağında yaşadığınız çətinlikləri həb udaraq keçirmək asan olmaya bilər. İngiltərədə keçirilən araşdırmaya görə ereksiya pozğunluğu problemi üçün dərman istifadə edən kəslər cinsi həyatlarıyla əlaqədar çətinliklər yaşadıqlarını söyləməyə davam edirlər.

50 yaşın üstündəki kişilərin 80%-i yəni böyük bir əksəriyyəti Pde5 inhibitorları (Viagra, Cialis və Levitra dərman qrupu) istifadə edir və seks əsnasında müsbət, hətta çox müsbət təsirləri də olsa hələ də problemlərinin həll olunduğunu söyləmirlər.

Araşdırmada, bu kişilərin orqazm olma çətinliklər çəkdikləri, cinsi fəaliyyəti, funksiya və əlaqə mövzusunda yüksək səviyyədə qayğı yaşadıqları ifadə edilir.

Tədqiqatçılardan Dr. David Leenin görə Pde5 inhibitorları kişilərin seksual fəaliyyəti üçün ereksiyanı və bu ereksiyanı qoruması üçün kafi olsa da, bir kişinin ümumi cinsi həyat qəbulu ereksiya funksiyası bu dərmanlardan sonar daha da pisləşir.

Leenin fikrinəgörə bəzi kişilərin ifadə etdiyi üzrə, səhər daha az ereksiya yaşamaq kimi nümunələr dərmanların qısa davamlı təsirlərə sahib olduğunu göstərir. Ayrıca dərmanlar cinsəlliyin spontanlığını azaltdığı üçün təmin olma duyğusu da zərər görür.

Viagra kimi dərmanlar anlıq problemləri həll etsə də, cinsi orqanınızla əlaqədar qayğıları götürmür. Edilə biləcək ən yaxşı şey dərmanla əlaqədar həqiqi qiymətləndirmələr etmək və həkiminizlə əlaqə halında olub nəyin həqiqi olub, olmadığını qiymətləndirməkdir. (Bağışlayın ki dünyadakı bütün dərmanlar belə sizin cinsi zəifliyinizi geri gətirə bilməyəcək.)

Ayrıca ereksiya pozuğunluğu yalnız fiziki bir vəziyyət ola bilər. Psixoloji təsir xüsusilə gənc kişilərdə daha da təsirlidir. Ayrıca Pde5 inhibitorları istifadə edirsinizsə, seks müalicəsi almaq da sizin üçün faydalı ola biləcək bir vəziyyətdir.

Şərhini yaz