Yatmaq istəyirsən – yat!

Qadınların gözündə daha yaraşıqlı görsənmək istəyirsənsə bunun ən sadə yolunu sizə təqdim edirik.

İstəyirsinizmi ki, səhər açılandan axşama qədər qadınlar sizə heyran olsun? Onda hər şeyi geriyə qoy və vaxtında yat. Alim John Axelsson bildirir ki, az yatan kişilər tam yuxusunu almış kişilərər nisbətən qadınlara daha maraqsız görsənirlər. Bunu hətta aparılan təcrübələr də sübut edir.

Təcrübə müddəti ərzində alimlər 23 cavan kişi seçərək onların 2 dəfə şəkillərini çəkiblər. İlk onlar tam vaxtında yatıb durandan sonra, digəri isə yuxusuz qalan formada.  Daha sonra isə məsələyə qızları əlavə ediblər və bəylərin şəkilləri xanımlara göstərilib. Yəqin ki, artıq xanımların fikrinin nə olduğu sizə də bəllidir.

Yuxusuz olan bəylərdə gözlərinin altında şişginlik, qaraltı və özünə inamsızlıq xanımlara niyəsə çəkici gəlməyib və həmin bəyləri qəti bəyənməyiblər. Buna görə də vaxtında rejimlə yatmaq lazımdır. Belə olduğu halda heç bir xanım sizin yaraşığınız qarşısında dayana bilməyəcək.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.