QIZLA AYRILDIQDAN SONRA DEPRESSİYAYA DÜŞMƏMƏK ÜÇÜN NƏ ETMƏK LAZIMDIR?

Yatağınızda tək qalmısan? Axı bu, tənhalıqdan yayınmaq üçün bəhanə ola bilməz. Ayrılığın dərin depressiyaya səbəb olmamasını istəyirsən? Bardan çıxıb yatağına qayıt: gündəlik rejimə riayət etmək orqanizmə, ayrılığı daha rahat həzm etməyə imkan verir. Bunun üçün, ayrılıq yaşamış insanların müqayisə olunduğu eksperimenti keçirən ABŞ-ın Arizona Universitetinin alimlərinə etibar edə bilərsiz. Eksperimentdə 2 tip insanlar müqayisə edilmişdir. Birinci tip insanlar ayrılıqdan sonra daha çox içkiyə meyl etmiş, vaxtını əsasən klublarda və təsadüfi tanışlıqlarla keçirmişdir. İkinci tip insanlar isə, gecə saat 11-də artıq yatmağa uzanmışdır. Sizcə qeyd olunanlardan hansı tipə uyğun insanlar həyatlarından daha razı olmuşdur? Qəribə olsa da, məhz ikinci tipə mənsub insanlar.
“Səbəb isə budur ki, düzgün olmayan yuxu rejimi orqanizmi çatlaq vəziyyətinə çatdırır. Bu zaman daxili saat günəşlə uzlaşmır və bu, orqanizmi daha da əldən salır, insanı kədərə sürükləyir. Yuxu rejiminə riayət edən insanlar isə, əksinə, mürəkkəb emosiyaların öhdəsindən daha rahat gəlirlər”, - deyə araşdırmanın müəlliflərindən biri olan Spenser Douson bildirib.
Təbii ki, hər gün eyni vaxta yatağa uzanmaq və heç də xoş olmayan fikirlər başda olduğu bir zamanda yatmaq heç də asan iş deyil. Bu halda köməyinizə idman məşğələləri çata bilər: məşğələlər sizi elə yoracaq ki, problemsiz yatacaqsız. O ki qaldı səhər vaxtı baş verən əsəb sarsıntılarına, araşdırma müəllifləri yatmamışdan öncə səhər üçün xoş planlar qurmağı tösviyə edir. Belə olan təqdirdə, zəngli saat işə düşdükdə həyatınıza nifrət etməyəcəksiniz.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.