“ZARA AZERBAİJAN” DÜNYADA “ZARA” DÜKANLARI ARASINDA ƏN BAHALILARDANDIR

Devalvasiyadan sonra (yadınızdan çıxmayıb hələ?) bütün brend paltar dükanlarında, bəzilər bunu inkar etsələr belə, qiymətlər 20-30% qalxdı. Və mənə maraqlı gəldi ki, bizim onsuzda bahalı qiymətlərimiz yenidən qalxandan sonra digər ölkələr ilə nisbətən hansı səviyyədədir? Bunun üçün bəzi brend markalarının dünya ölkələrində olan qiymətlərin müqayisəsini aparmağa qərara gəldim.

İlk növbədə mənim ən sevimli brendlərdən olan “Zara”dan başlamaq istədim. “Zara” ortaqiymət seqmentinə aiddir, daha dəqiq desək “better brands”qrupuna daxildir.

Araşdırmada mən http://www.zara.com saytından kişilər üçün total look götürərək, orada göstərilən qiymətləri 15 ölkə (MDB 6, Avropa 4, Amerika 2, Asiya 3) arasında müqayisə elədim. “Zara” Ispaniya brendidir ona görə də İspaniyada olan qiymətlər əsas kimi götürülüb.

Total Look

İnk blue structured suit

Structured ink blue suit blazer (pencək) – 59.95€ (67$)

Mao collar shirt (köynək) – 22.95€ (26$)

Structured ink blue suit trousers (şalvar) – 29.95€ (34$)

Soft leather brogued lace-ups (ayyaqqabı) – 59.95€ 67$

Basic reversible belt (kəmər) – 25.95€ (29$)

Cəmi: 198,75€ (223$)

Beləliklə, İspaniyada bu cür “look”u əldə etmək üçün 223$ lazımdır. Bəs digər ölkələrdə?

Ölkələr üzrə qiymətlər

Azərbaycan

  • Structured ink blue suit blazer – 119 AZN (114$)
  • Mao collar shirt – 49 AZN (47$)
  • Structured ink blue suit trousers – 59 AZN (56$)
  • Soft leather brogued lace-ups – 109 AZN (104$)
  • Basic reversible belt – 55 AZN (52$)

Cəmi – 391 AZN (373$)

ABŞ

  • Structured ink blue suit blazer – 119$
  • Mao collar shirt – 46$
  • Structured ink blue suit trousers – 60$
  • Soft leather brogued lace-ups – 100$
  • Basic reversible belt – 50$

Cəmi – 375$

Almaniya (Fransa, Italiya)

  • Structured ink blue suit blazer – 69.95€ (78$)
  • Mao collar shirt – 25.95€ (29$)
  • Structured ink blue suit trousers – 39.95€ (45$)
  • Soft leather brogued lace-ups – 79.95€ (90$)
  • Basic reversible belt – 29.95€ (34$)

Cəmi – 245,75€ (276$)

Birləşmiş Ərəb Əmiratları

  • Structured ink blue suit blazer – 455 AED (123$)
  • Mao collar shirt – 175 AED (48$)
  • Structured ink blue suit trousers – 195 AED (53$)
  • Soft leather brogued lace-ups – 225 AED (61$)
  • Basic reversible belt – 185 AED (50$)

Cəmi – 1235 AED (335$)

Böyük Britaniya

  • Structured ink blue suit blazer – 69.99£ (108$)
  • Mao collar shirt – 25.99£ (40$)
  • Structured ink blue suit trousers – 29.99£ (46$)
  • Soft leather brogued lace-ups – 69.99£ (108$)
  • Basic reversible belt – 25.99£ (40$)

Cəmi – 221.95£ (342$)

Çin Xalq Respublikası

  • Structured ink blue suit blazer – 699 CNY (113$)
  • Mao collar shirt – 259 CNY (42$)
  • Structured ink blue suit trousers – 359 CNY (58$)
  • Soft leather brogued lace-ups – 799 CNY (129$)
  • Basic reversible belt – 299 CNY (48$)

Cəmi – 2415 CNY 390$

Ermənistan

  • Structured ink blue suit blazer – 44900 AMD (94$)
  • Mao collar shirt – 17900 AMD (38$)
  • Structured ink blue suit trousers – 22900 AMD (48$)
  • Soft leather brogued lace-ups – 44900 AMD (94$)
  • Basic reversible belt – 19900 AMD (42$)

Cəmi – 150500 AMD (316$)

Gürcüstan

  • Structured ink blue suit blazer – 199 GEL (85$)
  • Mao collar shirt – 69 GEL (30$)
  • Structured ink blue suit trousers – 99 GEL (42$)
  • Soft leather brogued lace-ups – 179 GEL (77$)
  • Basic reversible belt – 79 GEL (34$)

Cəmi –  625 GEL (268$)

Kanada

  • Structured ink blue suit blazer – 129 CAD (106$)
  • Mao collar shirt – 39.90 CAD (33$)
  • Structured ink blue suit trousers – 49.90 CAD (41$)
  • Soft leather brogued lace-ups – 129 CAD (106$)
  • Basic reversible belt – 45.90 CAD (38$)

Cəmi – 393,70 CAD (324$)

Qazaxstan

  • Structured ink blue suit blazer – 22990 KZT (123$)
  • Mao collar shirt – 8990 KZT (48$)
  • Structured ink blue suit trousers – 11990 KZT (64$)
  • Soft leather brogued lace-ups – 22990 KZT (122$)
  • Basic reversible belt – 9990 KZT (53$)

Cəmi – 76950 KZT (410$)

Rusiya

  • Structured ink blue suit blazer – 5999 RUB (118$)
  • Mao collar shirt – 2299 RUB (45$)
  • Structured ink blue suit trousers – 2999 RUB (59$)
  • Soft leather brogued lace-ups – 5999 RUB (118$)
  • Basic reversible belt – 2499 RUB (49$)

Cəmi – 19795 RUB (389$)

Türkiyə

  • Structured ink blue suit blazer – 229.95 TRY (85$)
  • Mao collar shirt – 79.95 TRY (30$)
  • Structured ink blue suit trousers – 99.95 TRY (37$)
  • Soft leather brogued lace-ups – 199.95 TRY (74$)
  • Basic reversible belt – 89.95 TRY (33$)

Cəmi – 699,75 TRY (259$)

Ukrayna

  • Structured ink blue suit blazer – 2399 UAH (117$)
  • Mao collar shirt – 899 UAH (44$)
  • Structured ink blue suit trousers – 1199 UAH (58$)
  • Soft leather brogued lace-ups – 2399 UAH (117$)
  • Basic reversible belt – 999 UAH (49$)

Cəmi – 7895 UAH (385$)

Yaponiya

  • Structured ink blue suit blazer – 11990¥ (100$)
  • Mao collar shirt – 4490¥ (37$)
  • Structured ink blue suit trousers – 5990¥ (50$)
  • Soft leather brogued lace-ups – 11990¥ (100$)
  • Basic reversible belt – 4990¥ (42$)

Cəmi – 39450¥ (329$)

Ümumilikdə “Zara” brendinin 77 ölkədə 2000-ə yaxın dükanı açılıb. Onların hamısının bu yazıya daxil etmək həm vaxt, həm səmərəlik baxımından mümkün olmadı. Lakin, bu fakt çox təəsüf ki, “Zara Azerbaijan”nın dünyada ən bahalılardan olduğunu inkar etmir (6-cı yer). Bu cədvələ aylıq ortalama gəliri də əlavə etsək çox üzücü bir mənzərə ilə rastlaşarıq.

Maraqlı bir fakt: İnditex şirkətinin (Zara ora daxildir) qiymətləndirmə zamanı ölkələr üçün standart əmsaldan istifadə edir. Ölkələr arasında qiymət fərqi əsasən daşıma və gömrük rüsumlarından yaranır. İndi gəlin fikirləşək: nəyə görə Azərbaycanda qonşu ölkələrə nisbətən qiymətlər yüksəkdir?

Blogger : Samir Kərimov

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.