“Barselona”nın yeni kapitanı seçildi

Xavi Hernandezin komandadan ayrılmasından sonra "Barselona"nın yeni kapitanın kimliyi açıqlanıb.

Adem.az apasport.az-a istinadən bildirir ki, futbolçular arasında keçirilmiş səsvermənin nəticəsi klubun saytından açıqlanıb.

Belə ki, gizli səsverməyə görə ən çox səs yığan futbolçu Andreas İnyesta əsas kapitan seçilib. Digər kapitanlar isə Lionel Messi, Serxio Buskets və Xavier Masçerano olub.

İnyesta 14 mövsümdür ki, "Barselona" forması geyinir.

Şərhini yaz