KİŞİLƏR ÜÇÜN UŞAĞI YATIZDIRMAĞIN 12 ÜSULU

GƏNC ATALAR ÜÇÜN KURS

Həyat yoldaşınız “Bəsdir, daha bacarmıram” deyərək körpəni sizə həvalə etdikdə və özü istirahətə çəkildikdə, çoxalma instinktini, sancı və dişləri qıcamağa, yaxud körpədən daha bərk qışqırmaq lazım deyil. Ətrafa yaxşıca göz gəzdirsəniz, yəqin ki, uşağı yatızdırmaqda sizə kömək olacaq əşya tapa bilərsiniz. Məhz bu əşyalardan da istifadə edin.
1. Saçqurudan və tozsoran. Tanış olun, bu sizin dostlarınızdır. Bu əşyaların səsi uşaqlara güclü yuxugətirici təsir bağışlayır. Düzdür, işinizi daha da asanlaşdırmaq üçün “ağ səs-küy” axtarışa verə bilərsiniz, şəxsi təcrübəmə əsasən məhz saçqurudan və tozsoranı (reytinqdə sonrakı yerləri paltaryuyan maşın, boş dalğada radio, havatəmizləyici və s.) məsləhət görə bilərəm.
2. Musiqi mərkəzi. Yeri gəlmişkən, təcrübəmə əsasən deyə bilərəm ki, hər hansı layladansa Bolot Bayrışevin “Кургандардын сыгыды” mahnısı daha məsləhətə uyğundur. Ancaq bir məsələ də var ki, körpənin ilk aylarında musiqi ən yaxşı sakitləşdirici deyil.
3. Diktofon. Tozsoranın (saçqurudanın) səs-küyü altında yatmış körpə valideynlərə də yuxugətirici təsir bağışlayır ki, bu da başqa problemlərə səbəb olur. Nəticədə, ən yaxşı halda yeni tozsoran (saçqurudan) almalı olacaqsınız. Mənim məsləhətim: işləyən tozsoranın səsini diktofona yazın (şəxsən özüm 12 dəqiqəlik səs yazısı yazmışam). Səs yazısı bitdikdən sonra diktofon özü dayanır. (Qeyd edim ki, bu peşəkar karyeramda götürdüyüm ən yaxşı müsahibə idi. Sıralamada tozsoran Arşavin və bir teatr rejissoru arasında yer alır. Əgər bu zaman rejissor yuxugətirmə bacarığına görə tozsorana rəqabət təşkil edə bilirdisə, Arşavin bu baxımdan açıq-aydın ona uduzurdu).
4. Elektrik yelləncəklər. Zəngin uşaq mağazalarında rast gəlinən həqiqətən faydalı olan nadir əşyalardan biri. Yelləncəklər nəinki uşağı yatırdacaq, həm də əllərinizə dinclik verməyə imkan yaradacaq. Yelləncəyin müxtəlif yellənmə sürətlərinə, musiqi və təbiət səslərinə malik olması da işinizə yaraya bilər. Xəsislər üçün xüsusi məsləhət: elektrik naqilinə pul sərf etməyə çəkinməyin, əks halda batareya almaqdan var-yoxdan çıxacaqsınız.
5. Futbol. Bu top - əhaliyə xidmət göstərmək üçün çoxfunksional mərkəzdir. Bütün mahnılar susduqda, əl və ayaqlar yorulduqda, sadəcə körpə ilə onun üzərinə oturub yellənin. Bu həm də əzələlərinizin möhkəmlənməsinə imkan verəcək. Top yelləncəkdən heç də pis yelləmir, eyni zamanda kinoya baxmağa (qulaqcıqla musiqi dinləməyə) imkan verir.
6. Avtomobil. Heç nə kömək olmursa, körpəni avtomobildə gəzdirin (təbii ki, avtokreslo). Hərəkət və özünəməxsus səs körpələrə yuxu gətirir. Xəsislər üçün xüsusi məsləhət: bəzən körpəni sadəcə avtokresloda arxa oturacağa qoyub mühərriyi işə salmaq kifayət edir. Bu zaman refleks işə düşür və bir o qədər də çox benzin sərf olunmur.
7. Su. Axar suyun səsi tozsoran effekti verir: əvvəlcə transa salır, daha sonra isə, yuxu gətirir. Bu üsul Yeni il gecəsində xüsusilə effektivdir. Küçədə atəşfəşanlıq olduğu bir zamanda uşağın yuxusuna haram qatmamaq üçün vanna otağında suyu işə salmaq və uşağı bağlı qapı arxasında yatızdırmaq lazımdır. Xəsislər oxumasa yaxşıdır: suya sayğac qoyulubsa, bu üsul bir o qədər də ucuz olmasa da, çox effektivdir.
8. Küçə. Küçədə körpələr evə nisbətən daha yaxşı yatırlar. Buna səbəb kimi həm havanı, həm uşaq arabasının sakitləşdirici təsirini, həm də monoton uğultunu göstərmək olar. Buna görə də başınızı döşəyin altında gizlətməyin. Bütün gecə ərzində körpənin ağlaşmasını dinləməkdənsə, 15 dəqiqə açıq havada gəzmək daha yaxşıdır. Xüsusi ilə tənbəllər üçün: “gəzintini” eyvanda da edə bilərsiniz.
9. Səs. Əgər siz körpəni mənzildə gəzdirmək qərarına gəlmisinizsə, bu halda onun başını çiyninizə qoyaraq təxminən 40 dəqiqə ərzində mırıldamağınız (məsələn, bu zaman, hazırki xarici siyasətlə bağlı fikirlərimizi açıq şəkildə ifadə edə bilərsiniz) məsləhətdir. Deyilənlərə görə, səs titrəməsi və ürək döyüntüsü körpəyə bətndə keçirdiyi zamanı xatırladacaq. Bunun düzgün olub-olmadığını dəqiq bilməsək də, bu üsulun işlək olduğu dəqiqdir.
10. Dərman qutusu (apteçka). Əgər dərman qutusunda, dişlərin çıxdığı zaman damağ üçün tələb olunan gel olmazsa, burada başqa nəyinsə olması heç bir əhəmiyyət kəsb etmir. Bu ağrıkəsici ilk növbədə beyninizi sakitləşdirəcək və əsəblərinizi qoruyacaq.
11. Ədyal və əskilər. Körpələr də, böyüklərin çoxu kimi “yuvalarında” özlərini daha təhlükəsiz hiss edirlər. Açıq məkanlar körpələrin “qanını qaraldır”. Balacaların çoxu öz “yuvalarında” çarpayıya nisbətən daha rahat yatırlar. Bu bir o qədər də etibarlı üsul olmasa da, bunu hər ehtimala qarşı yadda saxlamaq pis olmaz. Bu üsuldan istifadə etdikdə canfəşanlıq göstərməyə də ehtiyac yoxdur, belə ki, təhlükəsizlik hər şeydən vacibdir.
12. Əllər. Hər bir insanda elə nahiyələr var ki, onların masajı rahatlıq və yuxu gətirir. Bu, yenicə doğulmuş “insancıq” üçün də keçərlidir. Lakin əgər yetkin kişi üçün beyinin masajı (axmaq suallar və sevgi haqqında söhbətlərlə paralel) daha çox yuxu gətirirsə, körpələr üçün bu nahiyyə dabandır.
P.S.: Ümid etməyin: körpə sancı və dişlərə qalib gəldikdən sonra onsuz da yata bilməyəcəksiniz. Gecəyə yaxın gümrah bir şantajçı sizdən yubanmadan içmək, yemək, cizgi filminə baxmaq və kitab oxumaq tələb edəcək. Əks halda o çığıracaq və ayaqlarını yerə çırpmağa başlayacaq. Bəzi psixoloqlar dözməyi və uşaqları rejimə öyrətməyi məsləhət görürlər (yəqin ki, bu psixoloqlar Müdafiə Nazirliyi ilə əlaqəlidirlər). Bu tamamilə düzgündür, lakin burada da yuxusuz günləri rəngarəng edəcək üsullar mövcuddur.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.