Günəş kremi sonsuzluğa səbəb olur

Yay aylarının vazkeçilməzi olan günəş kremlərinin kişi sonsuzluğuna səbəb olduğu açıqlanıb. Almaniya Araşdırma Mərkəzi və Danimarka Universitetinin alimləri açıqlama veriblər. Onlar günəşdən qoruma faktoru olan kremlərin tərkibindəki maddələrin kişilərin sperma sayını azaltdığını və spermaların keyfiyyətini aşağı saldığını bildiriblər.

Araşdırmada iştirak edən 500 nəfərin üzərində aparılan tədqiqatlar günəş kreminin sonsuzluq riskini 30 faizə qədər artırdığını sübut edib.

Bu da onu göstərir ki, dərinizi günəşin zərərli şüalarından  qorumaq istəyərkən fərqində olmadan övlad sahibi olmaq şansını azalda bilərsiniz. Mütəxəssislər paraben və 4-MBC (4-methyl benzyliden campher) adlı maddələr ehtiva edən günəş kremlərinin daha təhlükəli olduğunu bildiriblər.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.