İdman salonuna ac yoxsa tox gedilməlidir?

İdman salonuna getməzdən əvvəl yemək yeməmək, mədəniz üçün yaxşı bir şey olmaya bilər. Journal of the International Society of Sports'da nəşr olunan araşdırmaya görə ac qarnına ürək məşqləri etmək, tox qarınına çalışmaqdan daha faydalı deyil.

Araşdırma iştirakçıları iki qrupa ayrılmışdır. İki qrup da həftədə 3 dəfə, 60 dəqiqə idman zalında qaçmışdır. İlk qrup məşqlərdən əvvəl, bir shake içib, digər qrup isə ac qarnına çalışıb. 4 həftə nəticəsində isə iki qrupun da eyni miqdarda kilo verdiyi nəticələrinə gəlinmişdir.

Araşdırmanı aparan Dr. Brad SCHOENFELD açıqlayır: "Ac qarnına məşq edildiyi zaman bədənin yeni alınan qidaları deyil də, bədən yağlarını əritdiyinə dair bir inanc vardır. Lakin ac qarnına edilən idmanın  kilo itkisinə faydalı olduğuna dair bir dəlil tapılmamışdır.

Ac qarnına məşq etmək əlavə fayda verməyəcəyini artıq bilirsinizsə və  siz də əgər ac qarnına işi sevmirsinizsə idman salonuna getməzdən əvvəl bir şeylər atışdırın. Lakin məşqə uyğun qidalar qəbul  etdiyinizə əmin olun. Ya da əgər tam tərsini hiss edirsinizsə və tox qarnına məşq edərkən çətinlik çəkirsinizsə, ac qarınına məşq etməyin da bir qorxusu tapılmamışdır.

Şərhini yaz