5 qapılı MINI qənaətlilik, rahatlıq, təhlükəsizlik və intellektual qarşılıqlı təsir şəbəkəsi kimi xarakteristikalara malikdir. Bundan əlavə, sözü gedən modelə yeni nəsil mühərrik, xüsusi parametrli hərəkət hissəsi, sürücüyə yardım innovativ sistemli yüksək keyfiyyətli avadanlıqlar, eləcə də MINI Connected proqramı çərçivəsində ən müasir funksiyalar daxil edilmişdir. Yeni MINI markanın tipik formalı parlaq eksteryer dizaynına və orijinal nisbətdə uzanan idman silueti ilə vəhdət təşkil edən kuzov strukturuna görə fərqlənir.
Buna baxmayaraq, yeni modeldə altıbucaqlı radiator barmaqlığı, faralar və arxa lampalar kimi bir sıra xarakterik elementlər saxlanılmışdır. Bundan əlavə, sizə kuzov üçün əlavə rəng seçimi də təqdim olunur. Məsələn, heç bir əlavə ödəmə etmədən dam və xarici güzgü korpuslarını kontrastlı rəngdə sifariş edə bilərsiniz. Maşının yaradıcıları sürücüyə yardım məqsədilə geniş çeşidli innovativ sistemə böyük diqqət veriblər.
"Köməkçilərə" MINI proyeksiya ekranı, parkinq üçün yardım sistemi olan arxa görüntü kamerası, eləcə də video kameralar əsasında Active Cruise Control funksiyasını, toqquşma xəbərdarlıq sistemini, piyada ilə toqquşmada avtomatik əyləc funksiyasını, uzaqdan gələn işığı idarəetmə və yol nişanlarını tanıma funksiyalarını özündə birləşdirən Driving Assistant sistemi aiddir.
Beşqapılı MİNİ-ni siz özünüz də "yarada" bilərsiniz. Bunun üçün sizə işıq diodlu işıq texnikası, zəngin seriya təchizatı və rahatlıq, təhlükəsizlik, eləcə də individualizasiya imkanlarını genişləndirməsi üçün yüksək keyfiyyətli opsiyalar sizin avtomobilinizə işıq diodlu işıq texnikası (gündüz işıqları və arxa lampalar, dönmə işıqları, yan işıqların işıq diodlu lampaları, işıq diodlu duman faraları, salonda interyerin işıq diodlu işıqlandırılması və narıncı fon işıqlandırılması daxil olan işıqlandırma paketi) və s. təqdim edir
Avtomobilin əlavə individuallığı dam və xarici güzgü korpusunun geniş rəng seçimində, kapot üzərində zolaqda, oturacaq üzü variantlarında, Colour Line dekorativ zolaq və xətlərində, MİNİ Yours proqramı üzrə seçimlərdə əks olunur. Digər avadanlıqlara isə Mini naviqasiya sistemi, Professional naviqasiya sistemi, MINI Visual Boost radioqəbuledici, Harman Kardon dinamikalı HİFİ sistemi, DAB-tüner və DVD-çeyncer aiddir.