Yeni iPhone sentyabrın 9-da təqdim olunacaq

Apple sentyabrın ikinci həftəsində iPone smartfonunun yeni versiyasını və yeni Apple TV-ni təqdim edəcək. BuzzFeed News məlumatlı mənbələrə istinadən bildirir ki, ehtimal edilən tarix 9 sentyabrdır. İnternet-nəşr xatırladır ki, keçən il bu qəbildən olan tədbir sentyabrın 9-da keçirilib. Apple-dan rəsmi təsdiq və ya təkzib hələ ki yoxdur. Apple-in fəaliyyətini izləyən digər nəşrlər, BuzzFeed-in adətən tarix proqnozunda səhv etmədiyini qeyd ediblər.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.