Üz qırxma üçün gel və köpüyün arasında nə fərq var?

Birinin istifadəsi digərinə görə daha çox işinizə yarıya bilər.

Üz qırxma üçün istifadə edilən məhsullar müxtəlif olduqda seçim etmək çətin olmağa başlayır. Biz də baxım mütəxəssisi Dr. Allan Peterkin  fikirlərini sizinlə paylaşmaq qərarına gəldik.

"Amerikadakı kişilərin yarısı yaşlandıqca üzlərinin daha çox qayğıya ehtiyacı olduqlarını və yaşlanmanın daha çox olduğunun fərqinə varır. Bu qeyri-kafi elastiklik və nəmlənmənin nəticəsindəndir.Elə bu səbəbdən də üzqırxmaya nəmləndirməni də əlavə etmək zəruri hal alır. Mən üzqırxma üçün gelləri tövsiyyə edirəm. Həm az miqdarda istifadəsi bəs edir, həm də bu məhsullar saqqal və bığların yağlanmasını və daha yumşaq olmasını təmin edir.

Gel köpüklərdən fərqli olaraq daha tez dəriylə əlaqəyə girir.  Köpüyün isə qabarıq şişməsinə baxmayaraq dərinizi qorumaq üçün bəs olacaq səviyyədə qoruma təminatı vermir. Zamanla kişilərin başlıca çətinliklərindən olan dəri quruluğuna da səbəb ola bilir.

Şərhini yaz