Niyə cinsi əlaqədən sonra özünü pis hiss edirsən?

Səbəb:  Orqazm sonrası  baş ağrısı buna səbəb ola bilər. Öz spermana qarşı allergiya və ya  postkal yaranmış  depressiya ola bilər .Bunlar heç də uydurma deyil.
Cinsi  əlaqə sonrası yaranan baş ağrısı :
Sizin bədəniniz ehtirasdan  titrəyir, başınız  isə ağrıdan. Amerika Cəmiyyətinə görə, təxminən hər yüzüncü  insan cinsi əlaqə zamanı  və sonra baş ağrısından əziyyət çəkir. Bu hal kişlərdə qadınlara nisbətən daha çox müşahidə olunur. Bəzi hallarda, baş ağrısı cinsi əlaqə zamanı  ehtiras artdıqca güclənir, digər hallarda isə orqazm öncəsi və sonra yarana bilir .
Səbəbləri: Cinsi əlaqə zamanı adrenalin təzyiqi yüksəldir. Bu da baş-kəllə nahiyəsində ağrılara gətirib çıxarır.
Nə etməli? Xüsusi ilə baş ağrısı halları tez-tez baş verirsə, həkim qəbuluna yazılın. Əksər hallarda, narahatlıq üçün heç bir səbəb yoxdur. Sadəcə cinsi əlaqədən 1 saat öncə ağrıkəsici qəbul edin.
Cinsi əlaqə sonrası depressiya :
Nə etməli? Antidepresantlar, gec boşalma halsızlıq  kimi mənfi təsirləri var. Belə hallarda, cinsi terapevtə müraciət etmək daha yaxşıdır. Əsl səbəbi, məsələn, sizin tərəfdaşınız ilə əlaqələr ola bilər: bir-birinizi anlaya bilməmək, istəklərin fərqli olması və s.
Siz həmçinin aşağıdakı metodlardan istifadə edə bilərsiniz.
Cinsi əlaqə zaman etmək istədiyiniz  3 istəyi partnyorunuzla bölüşün. Bunun üçün cədvəl tutun, o cədvələ uyğun hərəkət edin, istəklərinizi açıq, çəkinmədən bildirin, komplekslərinizi bir kənara buraxın.
Cinsi əlaqə həyat tərzində, münasibətdə, ailədə çox böyük rol oynayır. Bunun üçün sağlamlığınızı düşünün. Həyatınıza və yatağınıza rəng qatın.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.