İntim zonada düzgün aparılan təmiziyin 7 qaydası

Hər bir kişini bu maraqlandırmalıdır.

Son 8 ildə ABŞ-da aparılan statistikaya əsasən intim zonada kəsiklə bağlı həkimə müraciətlərin sayı 5 dəfə artıb.

Bütün bunları nəzərə alaraq intim zonada düzgün qaydada tükləri təmizləməyin yollarını sizə biz təqdim edirik.

İstifadə edəcəyiniz ülgüc yalnız həmin zonaya aid olmalıdır :

Əgər sən intim zonadakı tüklərini təmizləyəcəksənsə bunun üçün seçəcəyin ülgüc yalnız həmin zona üçün xidmət göstərməlidir. Çünki intim zonada müəyyən bakteriyalar və göbələklər məskən salmışdır hansıları ki, bədəninin digər zonalarına daşımaq məqsədəuyğun sayılmır. Başlamamışdan öncə mütləq ülgücü spirtlə sil və eyni zamanda əllərini və intim zonanı sabunla yaxşıca yu. Bu halda infeksiya düşmısinin qarşısını minimuma endirmiş olacaqsan.

Təməlqoyma :

ABŞ-da aparılan araşdırma nəticəsində bəlli olub ki, qadınların yarıdan çoxu intim zonada təmizlik aparmış bəyləri daha çox seçirlər. Tüklərdən tam azad olmaq istəyirsənsə vacib deyil ki, bir dəfəlik onları təmizləyəsən. Belə olduğu halda dərini daha da qıcıqlandırırsan. Uzun tükləri birdən götürmək istədiyiniz an onlar ülgücün arasında qalır və bu zaman adətən bədəni kəsiklərlə zədələmiş olursunuz. Ona görə də əgər tüklər çox uzundursa ilk olaraq onu qayçı ilə kəs daha sonra ülgücdən istifadə et.

Qaynar düş qəbul et :

Dəridən tükləri birdən təmizləyəndə bu ağrı verir. Bunun üçün ilkin olaraq isti düş qəbul edin. Bu zaman dəriniz boşalır və tüklərin təmizlənməsi daha asan olur. Adətən istifadə etdiyiniz sabun və ya bədən üçün duş gelinizdən istifadə etməyin. Məsləhətdir ki, üzünüzü təmizlədiyiniz vasitələrdən isitfadə edin. Çünki onlar dərini daha tez yumşaldır.

Düzgün istiqamətdə tükləri təmizləyin :

Əgər istəyirsənsə dəriniz sonda yumşaq olsun, mütləq şəkildə tüklərin inkişaf etdiyi istiqamətdə onları təmizləyin. Əks istiqamətdə yox. Çünki əks istiqamətdə etdiyinizdə dəriniz codlaşacaq.

Xayalarından ehtiyyatlı ol :

Bildiyiniz kimi, xayalarda daha çox bakteriyalar olur və kiçik bir kəsim bədəninizə infeksiyanın daha tez düşməsinə səbəb ola bilər. Bunun üçün xalayarda daha da ehtiyyatlı olmalısınız. Bunun üçün mütləq şəkildə hamamda işıqlandırma yaxşı olmalıdır və güzgüdən istifadə etməyiniz məsləhətdir.

Dərini zədələdinsə :

Sən nə qədər ehtiyyatlı olsan da bəzən dərinizin kəsilmsi qaçılmazdır. Bilirsinizmi ki, intim zonanızda dərinizi kəssəniz bu bir başa sizin cinsi orqanınıza travmadır? Bu zaman həyacanlanmayın. Bu zaman kəsilmiş zonanı isti suyla yuyun və tez bir zamanda da spirtləyin həmin zonanı. Daha sonra salfeti üzərinə qoyub 10-15 dəqiqə əlinizlə saxlayın ki, qan dayansın. Əgər qanın dayanmadığını görsəniz mütləq şəkildə təcili yardım çağırın.

Sonda yumşaldıcı kremlərlə işi bitir :

Dərinin qıcıqlanması adətən təmizlik işlərini bitirdikdən sonra baş verir. Bu qıcıqlanmanın qarşısını yalnız üz qırxmadan sonra istifadə edilən kremlərdən istifadə etməklə alına bilər. Aloe vera ekstraktı ilə olan kremlərdən istafədə edilməsi daha məqsədəuyğundur. Əgər qıcıqlanma 2-3 gün davam edərsə mütləq şəkildə dəri həkiminə müraciət etməlisiniz. Çünki ola bilər ki, dərinizə infeksiya düşüb.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.