5 inqridentdən ibarət öz əlinizlə hazırlanan dadlı ketçup

Nədən mağazadan alınan ketçuplardan istifadə edəsiniz? Öz ketçupunu hazırla, hansındaki, əlavə heç nə olmayacaq. Bizim sizə təklif etdiyimiz ketçup toyuq kababından tutmuş, balığa qədər yararlı olacaq.

Lazım olan əlavələr :

  1. 3 pomidor
  2. 1 xörək qaşığı şəkər
  3. 1 xörək qaşığı üzüm sirkəsi
  4. 1 ədəd dəfnə yarpağı
  5. Zövqə görə duz

Necə hazırlanır?

Suyu orta ölçülü qazanda qaynadın , içinə  üç pomidor əlavə edin qabığı yumaşalana kimi 30 saniyə qaynar suda saxlayın . Sonra pomidoraları qaşıqla  sudan çıxarıb buz su ilə dolu boşqaba qoyun .     Pomidorlar soyuduqdan sonra onların qabıqlarını soyub doğrayın .Kiçik ölçülü qazana yerləşdirin üzərinə lazım olan bütün ərzaqları əlavə edin .Qatı maye  halını alana kimi təxminən  45 dəqiqə bişirin. Alınan ketçupu soyuq halda (içindəki dəfnə yarpağını çıxarmaq şərti ilə) süfrəyə verə bilərsiniz  . Ketçupun soyuducuda saxlama müddəti 3 gündür

Şərhini yaz