Niyə müasir kişilər qoruyucudan imtina edirlər?

Alimlər bildirirlər ki, qoruyucusuz seks yalnız sonradan baş ağrı deyil, eyni zamanda çox təhlükəli xəstəliklərdir.

Tədqiqatçılar təhlükə həyacanının olduğunu bildirirlər. Belə ki, 90-cı illərdə kişilərin çox hissəsi qoruyucudan istifadə edirdisə, 2002-2010-cu illərdə 20 yaşına qədər gənclər ilk seksdə qoruyucudan istifadə etdiklərinə görə 71 %-dən 80 %-a qədər qalxmışdır. Lakin 2011-2014-cü illərdə bu statistika 78 %-ə qədər aşağı enmişdir.

Əslində 2 % elə də çox azalma deyil. Lakin Amerikanın İndiana Universitetinin mütəxəssisi Debbi Xerbenin bildirdiyinə görə 2015-ci ildə bu statistika sürətlə aşağı düşməyə başlayıb. Xerbenin bildirdiyinə görə öz tələbələri arasında apardığı sorğuya görə qoruyucular onlara yalnız hamilləlikdən qorunmaq üçün lazım olur. Başqa məqamlar haqqında tələbələrin 90 %-i düşünmür.

Günahın bir hissəsi də marketinqin üzərinə düşür. Belə ki, 90-ci və 2000-ci illər arası reklamalar yalnız xəstləiklərlə mübarizəyə aid olurdu. Amma hal hazırki, reklamların çoxluğunda arzuolunmaz hamiləlik qeyd olunur.

Lakin hal-hazırda hamiləlikdən qorunmaq üçün qadınlar həblərdən istifadə edir. Kişilər bunu bildiyi anda isə qoruyuculara artıq lüzum görmür. Amma onu da anlamır ki, cinsi yolla hər hansısa bir xəstəlik keçə bilər.

Bəylərin çoxu anlamır ki, 40-60%-i cinsi yolla düşən kiçik infeksiyalarla xəstələniblər. Bu özünü biruzə verməsə də gələcəkdə sonsuzluğa gətirib çıxara bilər.

İndiki gənclər daha çox porno videolara baxırlar və orda gördüklərini də seksdə tətbiq edirlər. Porno filmlərin çoxunda da qoruyuculardan istifadə olunmur. Sonda sperma çölə tökülür. Gənclərimiz də bu yoldan istifadə etdikdə düşünürlər ki xanım hamilə qalmayacaq. Amma bu da yanlış məlumatdır.

Eyni zamanda bir neçə qadınla görüşürsənsə və ya bir gecəlik görüşdüsə mütləq şəkildə qorun. Bəli deyəcəksən ki, qoruyucudan istifadə etmək sənə narahatlıq törədir. Qoruyucunun üzərinə bir az lubrikant əlavə et bu vəziyyəti bir az da olsa düzəldəcək. Bu sözləri Debbi Xerben deyir.

Şərhini yaz