Dubay hökümdarının oğlu 33 yaşında vəfat etdi

Dubay hökümdarının oğlu Şeyx Rəşid Məhəmməd Bin Rəşid Əl Maktum 33 yaşında bu gün dünyasını dəyişdi. Verilən məlumatda bildirilir ki, gənc şahzadə infarkdan vəfat edib.

Şahzadə Rəşid Şeyx Məhəmməd Bin Rəşid Əl Maktumun birinci həyat yoldaşının böyük oğlu idi.

Vəfat edən şahzadə Rəşidin atası nəinki, Dubayın hökmdarıdır, eyni zamanda Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidentidir.

Şahzadə Rəşid idmançı idi və eyni zamanda at yarışlarını sevirdi. Onun balaca qardaşı Şahzadə Həmdan Dubay hökmdarının varisidir.

Birləşmiş Ərəb Əmirliyində 3 günlük matəm elan olunub.

Şərhini yaz