Ölülər üçün sosial şəbəkə

"Ailə üzvlərinizdən, qohumlarınızdan, tanış və dostlarınızdan birinin əsla unudulmamasını, "yaşamasını" istəyirsiniz? Onda yeni sosial şəbəkədən istifadə edin və dünyasını dəyişmiş insan üçün bu şəbəkədə profil yaradın".
Londonlu Ceyms Norris yaratdığı "Dead Sosial" sosial şəbəkəsi ilə bağlı belə deyir.
Dünyada "ölülər üçün ilk sosial şəbəkə" kimi təqdim olunan startapda vəfat etmiş insanlar üçün profillər yaratmaq olar. Beləcə, vəfat etmiş insan sosial şəbəkədə, internetdə daim "online" ola bilər.
Sayt hazırda beta-test mərhələsindədir və hələlik 6 min istifadəçisi var.
Ölümcül xəstə olduğunu bilən və ya dünyasını dəyişəcəyinə az qaldığını anlayan, yuxad da tam sağlam olan insan sosial şəbəkədə profil yaradaraq ölümündən sonrakı statusları, mesajları, açıqlamalarının paylaşılmasına nail ola bilər.
Açıqlamalar, videolar, fotolar və digər kontentin sosial şəbəkədəki profilə yüklənməsindən sonrakı 999 il ərzində yayılmasını, paylaşılmasını planlaşdırmaq mümkündür.
Həmin kontent istifadəçi dünyasını dəyişəndən sonra onun DeadSosial, Facebook, Linkedİn və Twitter-dəki profillərində yayılacaq.
Beləcə, insan ölü olsa da, sosial şəbəkələrdə "yaşayacaq".
Hazırda Legacy Locker, Cirrus Legacy və ya Secure Safe kimi servislər istifadəçinin parolları, elektron poçt şifrələri, bank kodları və s. kimi konfidensial məlumatları həmin şəxs dünyasını dəyişəndən sonra da saxlayır.

Şərhini yaz