Azərbaycanın paytaxtından Misirin məşhur kurort şəhərinə uçuşlar bu il noyabr ayının ortalarında həyata keçiriləcək. Bu barədə məlumatı Misirin "Albavvabnyus" internet qəzeti "Eyr Kayro" şirkətinin direktorlar şurasının sədri Yasir əl-Ramlinin açıqlamasına istinadla verib. Onun sözlərinə görə, Azərbaycanın paytaxtı Bakıdan turist şəhəri Şarm Əl-Şeyxə aviareysin açılması haqqında qərar Mülki Aviasiya Nazirliyinin Orta Asiya və Avropa ölkələrindən turist axınının çoxalmasını təşviq etmək siyasətinin reallaşdırılması çərçivəsində qəbul edilib.