Türk hamamı, Rusiya saunası və Fin saunası nə ilə fərqlənir?

Hamam (sauna )bir çox xalqların mədəniyyəti sırasında heç də  son sırada durmur. Amma ən məşurları türk hamamı, Fin saunası və rus saunası sayılılr. Əlbəttə onların hər biri çox faydalı sayılır. Bəs onlar arasında  hansı fərqlər var ? İlk baxışdan onlar arasında fərq o qədər də görünmür. Fin hamamı və Rus hamamı çox zamanlar ənənəvi olaraq gigiyenik məqsədlə istifadə olunub .Hamama getmək Peyğəmbərin  bu misalından sonra – Təmizlik imanın yarısıdır daha da geniş yayıldı insanlar hamamdan daha sıx istifadə etməyə başladılar.

Temperatur

Hamamlarda temperatur və rütubət dərəcəsi müxtəlifdir. Ən isti hamam əlbətdəki rus hamamıdır. Burada tempreatur 100 dərəcə və yüksək olur. Fin hamamında hərarət 80 dərəcə olaraq göstərilir bəzən də 100 dərəcəyə kimi arta bilir buda orada daha çox vaxt keçirməyə şərait yaradır. Əgər sizi isti temperatur yox rütubət maraqlandırırsa sizə türk hamamını yoxlamağınızı məsləhət  görürük. Orada temperatur 30-50 dərəcəyə çatır. Lakin rütubət 100 faizdir.

Hamama getmək nəyə faydalıdır.

Bunun faydaları və səbəbləri müxtəlifdir. Hərə buraya bir məqsədlə gəlir. Kimi bura gigiyena ilə bağlı gəlir, kimi orqanizmi gücləndirmək, kimi isə, sadəcə dostları ilə görüşmək və xoş vaxt keçirmək üçün. Hamamda həm bədən, həm də ürək dincəlir. Orqanizmə təsir prinsipi hər yerdə eynidir : yüksək temperaturun təsiri altında məsamələr açılır, qan dövranı yaxşılaşır və əzələlər dincəlir.

Süpürgədən istifadə edənlər isə, onunla massaj etmək, dərini təmizləmək və oynaqlardakı ağrıları aradan qaldırmağın mümkünlüyünü bilirlər. Bundan başqa, yorğunluğun başlıca səbəblərindən biri olan, əzələlərdə toplanmış turşular tər vasitəsilə ifraz olunur.

Bu hallda hamama getmək olmaz.

  1. İçkili halda. Hamamda ürək içki olmadan belə yaxşı işləyir. Bundan başqa, intensiv tər ifrazı baş verir və sidik əmələgəlməsi azalır. Nəticə: Güclü xumarlıq həyatınızı korlayacaq.
  2. Hamama getməmişdən öncə çox yemək olmaz, lakin əgər artıq yemisinizsə, saat yarım gözləmək lazımdır.
  3. Özünü yaxşı hiss etmirsiniz. Hamama getmək məşqə getmək kimi bir şeydir. Əslində bu bütün orqanizmin məşqi olduğundan özünüzü pis hiss etdiyiniz zaman bu məşqi təxirə salmağınız məsləhətdir.
  4. Asmadan tutmuş ürək-damar sistemi xəstəliklərinədək hər hansı xəstəliyiniz olduqda, əvvəlcə həkimlə məsləhətləşməyiniz daha yaxşı olar.

 

Rus hamamı və  Fin saunası

Göründüyü kimi, hamam və saunalar çox fərqlənmir , lakin onlar bir-birindən fərqləndirən bəzi məqamlar var .

Əsas fərqlər aşağıdakılardır :

Sauna da  buxar qurudur  rus hamamında rütübət daha çox olur

Rus hamamında  hərarət saunadan  daha yüksəkdir.

Rus hamamında  həmişə süpürgədən  istifadə olunur , lakin saunada nadir hallarda .

Hamam və saunalarda prinsiplər eynidir.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.