Hazırda demək olar ki, hər restoranda Yaponiyanın suşi və roll kimi məşhur delikateslərindən müştərilərə təqdim olunur. Yapon mətbəxi həvəskarlarının ən sevimli restoranlarından biri olan Sketch Restaurant & Lounge-ın gülərüz personalı sizə restoranın ən yaxşı yerlərini təklif etməklə yanaşı, istəyinizə uyğun yemək seçməyə də yardım edəcəklər.

Menyuya daxil edilmiş müxtəlif çeşidli rollar səliqəli və dolğun formada, yalnız ən təzə inqrediyentlərdən hazırlanır. Restoranın aşpazları məhsulları diqqətlə seçərək, qısa zamanda ləzzəti uzun müddət yaddaşlarda iz qoyacaq delikateslər hazırlayırlar. Hətta ən tələbkar müştərilərin belə zövqünü oxşayacaq roll setləri yüksək zövqlə dekor edilir. Müştərilərin istəyini nəzərə alaraq, restoranda tez-tez maraqlı aksiyalar təşkil olunur. Məsələn, hər çərşənbə axşamı burada suşi günü keçirilir. Aksiya çərçivəsində Top və Premiun suşi setlərini sifariş etdiyiniz halda ikincisini hədiyyə qazana bilərsiniz.

Ünvan: Xaqani küçəsi, 25
Tel.: (+994 12) 493-76-34
Mob.: (+994 50) 615-31-13
Facebook: Sketch Restaurant & Lounge
Instagram: Sketch Restaurant & Lounge