Bu texnologiya çəkiliş prosesində kadrı korlayan artıq obyektləri silməyə imkan verir. Məsələn, hansısa abidənin fonunda turist kütləsini silmək olar. Texnologiya birbaşa forumda nümayiş olunub: ştativə yerləşdirilmiş smartfon aparıcıların hərəkət etdiyi səhnəni çəkib. Proqram çəkilən fotonun prevyusu zamanı kadrdan artıq obyektləri silməyə başlayıb. Lazımi kompozisiya seriya çəkilişindən bir neçə kadrında montajı hesabına əldə edilir.

"Adobe" təmsilçisinin sözlərinə görə, texnologiyanın əsasında hərəkət edən obyektləri statik obyektlərdən seçən yeni alqoritm dayanır. "Monument Mode" funksiyası hələ ki, test edilir. Fotoqraflar belə retuş üçün ənənəvi olaraq "Photoshop"dan istifadə edirlər.

"Adobe"un bu texnologiyasını yeni adlandırmaq olmaz: 2012-ci ildə "Scalado" şirkəti Android üçün Remove tətbiqetməsini nümayiş edib. Seriya çəkilişindən sonra bu proqram obyektləri analiz edir və istifadəçiyə avtomatik rejimdə əlavə elementləri silmık imkanı verir.