500 at güclü BMW

Artıq bir neçə aydır ki, şayələri gəzən GTS versiyalı M4 artıq hazırdır. Avtomobil həmçinin BMW markasının ən sürətli seriya sportkarıdır.

Təkminləşən altı silindrli tvin-turbo mühərriki artıq 500 a.g. və 600 Nm fırlanma anı hasil edir (adi M4 modelində 431 a.g. 550 Nm) və su çiləmə sistemi (yanacağın yanma prosesinin optimallaşdırılması və mühərrikin effektliyinin artırılması üçün) ilə təchiz edilib. Bundan əlavə launch control da yenidən tənzimlənib. Kupe həmçinin, arxa oturacaqlardan imtina etməsi, aluminium, titan və karbondan daha çox istifadə etməsilə 80 kq daha az çıəkiyə (1510 kq) sahib olub.
BMW sportkarı ilk yüzlüyü 3,8 saniyəyə əldə edir, maksimal sürət isə 305 km/saata kimi artırılıb.
Bütün bunlarla yanaşı BMW M4 GTS, tənzimlənən karbon splitter və diffuzor, möhtəşəm OLED arxa optika, karbon-keramik əyləc və Michelin Pilot Super Cup 2 şinləri əldə edib. Bu da son deyil - bura idman sükanı, yarış kürsüləri, təhlükəsizlik çərçivəsi, altı dişli təhlükəsizlik kəməri və yanğınsöndürmə sistemini əlavə etmək lazımdır.
Qeyd edək ki, GTS versiyasından cəmi 700 ədəd hazırlanacaq. Növbəti Tokio avtosalonunda dünya premyerası zamanı ümid edirik ki, BMW M4 GTS sportkarının qiyməti açıqlanacaq.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.