Çox aqressiv Chevy

Callaway Competition emalatxanasının Almaniya şöbəsi ilk dəfə deyil ki, Chevrolet sportkarlarına əl gəzdirir. Bu dəfə söhbət trek versiyalı yeni Corvette C7 GT3-R avtomobilindən gedir.

Z06.R GT3 (C6) modelini əvəzləyəcək yeni sportkar, növbəti il yarışlara qatılacaq. Halhazırda texniki parametrlər barədə tam məlumat verilməsə də, "vəhşinin" kapotu altında 6,2 litrli 600 atlı V8 mühərrikinin yer aldığı artıq məlum olub. Güc aqreqatı altı pilləli sekvental X-Trac ilə birgə çalışacaq.

Əlbəttə Paul Deutschman tərəfindən hazırlanan çox keyfiyyətli karbon elementləri də qeyd etmək yerinə düşərdi. Bir neçə cümlə ilə onu təsvir etmək mümkün deyil. Ən yaxşısı, diqqətlə baxmanız məsləhətdir.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.