Süni sperma ixtira olundu

Fransada 10 ildən çox müddətdir aparılan axtarışlar nəticəsində, infertiliteyi (sonsuzluğu) müalicə etmək üçün bir çarə tapıldı. Lyon şəhərində dövlətə aid CNRS labaratoariyasında  süni şəraitdə insan sperması əldə etməyin mümkün olduğu elan edildi.

Sonsuzluğun müalicəsində böyük bir fərq yaratması gözlənilən hadisənin  Fransız dövləti tərəfindən alındığı elan edildi. Labaratoriya işcilərindən Marie-Helene Perrard,  cümə axşamı günü mətbuat ilə paylaşılan xebərlə əlaqədar, :”yeni  icad olunan üsulla hələki  Yetkinlik yaşına  çatmamış oğlanların  spermatogonial kök hüceyrələrini istifadə edərək  sperma əldə etdiklərini ” açıqladı.

Xərçəng xəstələri üçündə mühümdür.

Perrard, mayalanmanı təmin edəcək qədər sperma əldə edə bilməyən kişilər üçün də  ümid vəd etdiyini dedi və əlavə olaraq “Müalicə xərçəng olan kişilər üçün də böyük əhəmiyyət kəsb edir.  Xərçəng olmuş və kimyəvi müalicə alan kişilərdə sperma istehsalında problemlər və sonsuzluq əmələ gələ bilirdi. Bundan sonar sperma istehsalında heç bir problem qalmayacaq” dedi

Kəşfin 2017-ci ildə tətbiqinə başlanılması düşünülür. Əgərki müalicə müsbət nəticələr verərsə  15 min Xərçəng xəstəsi və 120 min yetkinlik yaşına çatmış kişidə isdifadə ediləcəkdir.

Şərhini yaz