Klubun malik olduğu əsas üstünlüklərdən biri onun bar sahəsidir. Burada peşəkar barmenlər qonaqlar üçün bir-birindən orijinal içki və kokteyllər hazırlayırlar. "Enerji Club ∙ Lounge ∙ Dining" restoranının menyusu mövsümə uyğun olaraq tərtib edilir. Menyuya həmçinin hər zövqə uyğun kokteyllər daxil edilir. "Enerji Club ∙ Lounge ∙ Dining" restoranının yenilənmiş menyusuna məşhur "Dark Perfection" kokteyli əlavə olunub. Kokteyl tərkibindəki ədviyyatlar sayəsində payız axşamlarının ideal tərəf müqabilinə çevriləcək. Məhz "Dark Perfection" kokteyli hazırda kluba gələn qonaqlar arasında böyük rəğbət qazanıb. Kokteylin populyarlığının sirri ədviyyatların zərif dadı ilə yanaşı, onun gözəl ətrində də gizlənib.

Ünvan: Səbail rayonu, Qurban Abbasov küçəsi. Milli Bayraq Meydanı
Mob.: (+99450)700 70 57