Whatsapp-dan yeni imkan

"Whatsapp" istifadəçilər üçün daha bir yeniliyi istifadəyə verir.

iOS 9.1 yenilənməsini tətbiq edənlər "sürətli mesaj" imkanından faydalana biləcəklər.

Bundan sonra, "Whatsapp"a gələn mesajı oxumaq üçün oraya daxil olmağa ehtiyac qalmayacaq. Ekran şifrəli olsa belə, istifadəçi gələn mesajı oxuyub cavab verə biləcək.

Bunun üçün iOS 9.1 yeniləməsini yükləmək və "Whatsapp"ın son versiyasından istifadə etmək lazımdır.

Şərhini yaz