Niyə sizin dayandığınız növbə digərlərindən daha gec gedir?

Niyə heç kim dükanlarda, kassalarda və s yerlərdə növbədə dayanmaq istəmir. Eyni zamanda növbədə dayandıqları zaman onların sırasının daha gec getdiyini düşünürlər.

Biz o qədər növbədə dayanmağı sevmirik ki, hətta kimlərəsə buna görə pul ödəməyə hazırıq ki, bizim yerimizə bu işi görsün. Məsələn Nyu-Yorkda bu iş üçün 1 saatlıq xidmət haqqı 25 dollardır. İnsanların növbələrə olan nifrətinin əsas səbəbi isə düşünürlər ki, onları indi kimsə gəlib keçəcək.

Adətən insanlar kassalar yaxınlaşıb baxırlar ki, harada insan axını azdır, növbə azdır həmin sırada dayanırlar. Bu işin mütəxəssisləri apardıqları araşdırmaya əsasən bildirirlər ki, harda daha sıx və daha böyük növbə gördünüzsə o sırada dayanın. Çünki həmin sıranın çox görünməsi işçinin özündən asılı olmayaraq sürətinin artmasına səbəb olacaq. Eyni zamanda uzun illərdi insanların pul ödəyib növbədə işçi kimi saxladığı insanlar isə deyir ki, hər zaman soldakı sırada dayanın. Çünki insanlar adətən sağda olan sıraya yönəlirlər. Sol sıra çox zaman yaddaşlarda olmur.

Lakin bu statistikalara çox da inanmaq lazım deyil. Çünki bunlar şərtidir. Gəlin biz onu araşdıraq ki, niyə növbədə dayanmaq bizi bu qədər əsəbləşdirir və səbirsiz edir? 2008-ci ildə aparılan statistikaya əsasən insanlar internetdə bir videonun başlanması üçün 2 saniyədən çox bir vaxt gözləmək istəmirlər.

Bəzən sizdən 2 dəqiqə öncə gələn sizdən qabaq sırada dayananda düşünürsüz ki, o daha tez xidmət olunacaq. Lakin aranızdakı zaman azlığını hiss etmirsiz. Və bu da sizi növbədə səbirsizləşdirir. Eyni zamanda növbə mövzusunda mən tez gəlmişdim işim var idi getmişəm və s kimi düşüncələr yanlışdır. Növbə kim nə zaman gəldisə elə o zaman üçün keçərlidir.

Bəs bunu necə düzəltmək olar? Reallığı qəbul edək. Bu mümkünsüzdür. Sadəcə sizin səbrli olmanızla sizin növbənizin daha tez gəldiyini hiss edəcəksiniz. Lakin səbrsizliklə etdiyiniz hərəkətlər nəticəsində siz hər zaman düşünəcəksiniz ki, sizin növbə irəliləmir.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.