WWD.com saytının məlumatına görə, layihənin hazırlanmasında şirkətin kreativ direktoru Kristofer Beyli iştirak edib. Konstruksiyada gümüş və qızıl parçadan olan 100-dən çox çətirdən istifadə edilib. Dizaynerlər məhz bu yolla otelin qonaqlarına yerli havanın xüsusiyyətlərini xatırlatmaq istəyiblər. Yolka yanından insan keçən zaman yanacaq işıq diodları ilə təchiz olunacaq.

Rəsmi olaraq, konstruksiya noyabrın 16-da təqdim olunacaq, noyabrın 18-də isə tematik parti nəzərdə tutulub. Claridge's artıq bir neçə ildir ki, yeni il bəzək əşyalarının hazırlanması üçün məşhur dizaynerləri cəlb edir. Otellə bundan öncə Lanvin, Dolce & Gabbana və Dior-dan modelyerlər çalışıb.