Bəs "Skoda" necə, bu çətinliklərin öhdəsindən gələ bilirmi? Onun xüsusi qayğıya ehtiyacı varmı, yoxsa o öz qayğısına qalmağı bacarır? Təbii ki, soyuq fəsildə yola qış rezinləri olmadan çıxmaq məntiqsiz olar. ABS və ESP sistemlərinin mövcudluğuna baxmayaraq, qış mövsümündə avtomobil öz "çəkmələrini" fəslə uyğun dəyişməlidir. "Skoda" avtomobili qışın gəlişini sahibinə özü xəbər verir. Bu isə o deməkdir ki, avtomobil sizdən ona qarşı daha diqqətli olmanızı xahiş edir, yaxud da əksinə, o sizin qeydinizə qalır.

Təklif olunan qış paketinə ön oturacaqların və başlıqların isidilməsi, ön şüşə yuyucusu və xüsusilə MDB ölkələrinə uyğun hazırlanmış əlverişsiz yollar üçün nəzərdə tutulmuş paket daxildir.

"Skoda" avtomobilinin Azərbaycanda rəsmi idxalçısı olan Skaz Avto şirkətinin vitse-prezidenti Qasım Bağırzadə qeyd edir ki, "SKODA ən mürəkkəb müştərilərin tələbini nəzərə alıb, tarixdə ilk dəfə olaraq avtomobilləri iş rejimi dəyişdirilə bilən DCC asma sistemi ilə təchiz edib. Markanın model sırası dinamikliyi, qənaətliliyi, təhlükəsizliyi və karbon qazının minimal emissiyası ilə seçilir. "Skoda" qış fəslində istifadəçi üçün heç bir problem yaratmır: avtomobil həmişə, hətta -30 dərəcə temperaturda belə ilk cəhddən işə düşür. Xoşbəxtlikdən, Azərbaycan ərazisində qış fəsli nisbətən mülayim keçir". Vitse-prezident markanın pərəstişkarlarının nəzərinə çatdırdı ki, 31 dekabra qədər "Skoda" avtomobillərini nağd ödənişlə əldə edən müştərilər 1 illik servis xidmətini hədiyyə olaraq qazanacaqlar.