Həmin məktub 1865-ci ilin martında daxili işlər naziri Con Aşerə yazılıb. Məktubun məzmununda Linkolnun ikinci inauqurasiya nitqinin son hissəsi də yer alıb. Alıcının adı açıqlanmır. Hərraca qədər isə məktub Aşer ailəsinin üzvlərinə məxsus olub.

Xatırladaq ki, Avraam Linkoln 1861-ci ilin mart ayından quldarlığın ləğv olunmasının əleyhdarı tərəfindən qətlə yetirildiyi 1865-ci ilin aprel ayınadək ABŞ-ın prezidenti olub. Ford teatrında tamaşa zamanı prezidentin lojasına girən aktyor Con Uilks But tapança ilə onu başından vurub.