Ayaqqabının altı bulaşıbsa onu necə təmiz etmək olar?

Ayaqqabının və ya ayağın altı murdarlığa bulaşıbsa onu iki üsulla pak etmək olar. Birinci üsul budur ki, adi qaydada su ilə yuyulub pak olunsun. İkinci üsul budur ki, bulaşmış ayaqqabı və ya ayaqla bir qədər piyada yol gedilsin. Yerində durub ayağı sürtmək kifayət etməz. Torpağın, daşın və ya döşənmiş kərpicin üzərində yol getmək lazımdır. Xalcanın üzərində, taxta döşəmədə və çəmənlikdə otların üstündə gəzmək ayaqqabının (ayağın) altını pak etməz. Burada məsafənin də rolu var. Ən azı qədim ölçü ilə 15 dirsək, müasir ölçü ilə təxminən 7 metr yol gedilməlidir.

Şərhini yaz