40 yaşlı Devid xəbərlə bağlı bunları deyib: "Bu, mənim karyeramda ən gözəl andır, buna sadəcə inana bilmirəm. Dünyaya gəldiyimə görə, valideynlərimə, eləcə də saç ustama, stilistimə və fotoşopa təşəkkür edirəm". O, bildirib ki, həyat yoldaşı, dizayner və "Spice Girls" qrupunun keçmiş iştirakçısı Viktoriya Bekhem onun sevincini bölüşür və nəşrin fikri ilə razıdır.

"People" jurnalının reytinqində Castin Timberleyk, Rayd Skott, İdris Elba, Sem Yuen, Castin Teru, Çarli Hannem, Cussi Smolett, Ceyk Cillenhol və Nik Conas da yer alıb.

Qeyd edək ki, 30 il ərzində People jurnalı "ən seksual" aktyorları və musiqiçiləri mükafatlandırıb. İlk dəfə bu titula Melb Qibson 1985-ci ildə layiq görülüb. 2014-cü ildə üz qabığında Kris Hemsvortun fotosu yerləşdirilib. Conni Depp, Corc Kluni, Bred Pitt və Riçard Qir iki dəfə ən seksual kişi seçiliblər.