Çinlilərdən 4 qapılı kabriolet

Çin-İsrail müştərək şirkəti Qoros (Çinin Chery və Israel Corporation konsorsiumu tərəfindən təsis edilib) Şanxay zavodunda korporativ tədbirlər çərçivəsində dördqapılı Qoros 6 kabrioletini nümayiş edib.

Yeni kabrionun seriya istehsalı gözlənilmir. Təqdim olunan avtomobili heç koncept də saymq olmaz, bu bir şou-kardır və çox guman ki, tavanın yığılma mexanizmi ilə də təchiz edilməyib. Bütün yerli KİV-də dərc edilən şəkillərdə model yalnız üstü açıq vəziyyətdə, ikinci cərgənin arxasındakı boşluq isə, sıx bağlı halda göstərilir. Bütün bunlarla yanaşı, kabrio imkanlarını nümayiş etdirmək üçün çox səliqəli hazırlanıb.

Nəzərinizə çatdıraq ki, halhazırda şirkətdə Qoros 3 seriya hetçbekinin açılan tavanı üzərində işləyirlər (Avropada bəzi uğursuzluqlara rəğmən), lakin burada söhbət ikiqapılı avtomobildən gedir. Buraxılışı 2016-cı ilə planlaşdırılan Qoros 3 kabrio, 156 a.g. hasil edən 1,6 litrli turbo mühərriklə təchiz ediləcək.