Dünyanın ən böyük sosial şəbəkəsi "əlaqə vəziyyəti"nə yeni "Take a Break" əlavəsini gətirib. Bu funksiyadan münasibətlərinə bir müddətlik fasilə verən cütlüklər istifadə edə bilərlər. Bununla da köhnə sevgilinizi dostluqdan çıxarmaq məcburiyyətində qalmayacaqsınız, bununla belə, digərlərinin ikinizin birgə olduğu köhnə paylaşımları görməsini tənzimləyə biləcəksiniz.

Yenilik ilk olaraq ABŞ-dan olan istifadəçilərin xidmətinə verilib və tezliklə digər dünya ölkələrində də açılacaq.