Apple istifadəçilərinə şad xəbər

Milyonlarla iPhone və iPad satmağa davam edən Apple  texniki xidmət sahəsindəki sıxlığı yeni mobil tətbiqiylə azaltmaq niyyətindədir.

Apple tətbiqlə bağlı rəsmi  açıqlama verməsə də, "uSwitch" tətbiqinə  aid  ekran görüntüləri mediaya sızıb.

Belə kiApple-ın istifadəyə verəcəyi mobil tətbiqi iPhone və iPad-ə yükləndikdən  sonra  bu cihazlarla bağlı  müxtəlif statistikalar istifadəçinin Apple ID-ə gələcək.

Tətbiqin daxilində Apple-ın  cihazların işləmə mexanizmi ilə bağlı  hazırlamış olduğu sual-cavab şəklində mətnlər də yerləşdiriləcək.

Beləliklə, istifadəçilər telefonlarında qarşılaşdıqları problemlə bağlı  axtardıqları sualların cavabını tətbiqdən istifadə etməklə vaxt itkisi və təhlükəsizlik problemi yaşamadan rəsmi şəkildə  Apple-dan öyrənə biləcəklər.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.