Fironların - EHTİRAS İÇKİSİ

Statistik göstəricilərə görə, 20-30 il əvvəlki dövrlərlə müqayisədə son illər cinsi zəiflik problemi ilə üzləşən insanların sayı ciddi şəkildə artmaqdadır. Mütəxəssislərin qənaətinə görə, bunun səbəbi əsasən düzgün olmayan həyat tərzi, xüsusilə oturaq rejim, hərəkətsizlik, ekoloji problemlər, qida rasionunun orqanizmin tələbatlarına cavab verməməsi, iş və istirahət rejiminin pozulması, fiziki və zehni gərginlik, stressdir. Bütün bunlar gündəlik həyatımızın qaçılmaz amilləridir və normal intim həyat üçün problem yaradan əsas faktorlardır. Ancaq çox da narahat olmağa dəyməz. Çünki xalq təbabətində əsrlərin sınağından çıxmış elə vasitələr var ki, bu problemləri aradan qaldırmağa qadirdir.

Təbii məhsullarla hazırlanan və fironların “Ehtiras içkisi” adlandırılan cövhəri hazırlamaq üşün aşağıdakı məhsullardan istifadə edilir:

1 stəkan təzə çəkilmiş kök şirəsi
2 ədəd çiy yumurta
2 xörək qaşığı çuğundur şirəsi
1 xörək qaşığı bal
10 damcı sarmısaq şirəsi
10 damcı soğan şirəsi
10 damcı spirt
Bıçağın ucunda qırmızı istiot

Bütün bunlar şüşə qabda qaşıqla və ya mikserlə qarışdırılır, səhər yeməyindən bir saat əvvəl içilir. Kurs bir ay müddətində davam etdirilir və hər gün yenisi hazırlanılır.

Fironların “Ehtiras içkisi” cinsi fəallığı və həvəsi artırır, potensiya zəifliyini aradan qaldırır, prostat vəzi problemlərinə qarşı mübarizə aparır, intim həyata inanılmaz bir yenilik gətirir.

Həmçinin bu içki orqanizmdəki infeksiyalara qarşı da ciddi mübarizə aparır, qan dövranını yaxşılaşdırır, bədənin xəstəliklərə qarşı müqavimətini artırır, immun sistemini gücləndirir.

“Ehtiras içkisi”ndən istifadə etməzdən qabaq orqanizmin fərdi xüsusiyyətlərini və bu içkiyə uyğunluğunu müəyyənləşdirmək üçün həkimlə məsləhətləşmək vacibdir.

İntim həyatınızı fironların “Ehtiras içkisi”nə etibar edin ki, özünüzü firon kimi hiss edəsiniz.

Şərhini yaz