Devid Qandi özünə qulluq barədə nələri dedi

Dünya şöhrətli model və "Dolce&Gabbana" brendinin siması Devid Qandi belə cavan və baxımlı görsənməsi səbəblərini açıqladı. 34 yaşlı modelin söylədiklərini sizinlə paylaşırıq.

Devid Qandi : "Mən adətən təbii məhsullardan istifadə etməyi sevirəm. Əsas etibari ilə SKY II brendinin kosmetikalarından yararlanıram. Hər gün bu brendin üz üçün olan nəmləndirici kremlərindən istifadə edirəm. Eyni zamanda üzü hamar edən lasyonlarından da istifadə edirəm. Ayda üç dəfə isə qızılgül ekstraktlı orqanik yağlardan da istifadə edirəm.

Həyatımda əsas yeri tutan hissələrdən biri də qidalanmamdır. Buna çox diqqətlə yanaşıram. Təkrar olaraq hazırlanıb qalan qidalardan qaçmağa çalışıram və tərkibi çox yağlı olan qidaları isə heç qəbul etmirəm. İdmana gəldikdə isə həftədə 4 dəfə idman zalına gedirəm. Çəkilişlərimə yaxın ərəfələrdə isə həftənin 6 gününü idman zalında keçirdirəm. İdman zalında çox vaxt keçirmirəm. Günə 45 dəqiqə idmanla məşğul olmaq bəs edir. Əsas odur ki, seçimini düzgün edəsən. Yəni hansı ağırlıqda olan daşlarla işləməlisən və s".

 

Şərhini yaz