Birinci yerdə baş rolu Bill Myurreyin oynadığı "Şərqdə rok" komediyasıdır. Film musiqi prodüseri haqqındadır. 15 milyon büdcəsi olan layihə prokatda ancaq 2,9 milyon toplaya bilib. İkinci yerdə 40 milyon xərc çəkilən və 10,7 milyon toplayan"Qanmen" döyüş filmidir. Üçlüyü isə Kris Hemsvortun çəkildiyi "Kiber" trilleri qapadır. Filmə 40 milyon dollar xərclənsə də, prokatdan ancaq 19,4 milyon toplamaq mümkün olub.

Dördüncü və beşinci yerlərdə müvafiq olaraq, 20 və 2,5 milyon dollar itirən "İş arasında""Cem və qoloqrammalar" filmləri qərarlaşıb. Uğursuz filmlərin siyahısına "Self/less", "Ultraamerikalılar", "Dəqiqədə ürəyin 128 döyüntüsü", "Aloha" da daxil olub.

Reytinqin onluğunu Conni Deppin baş rolda çəkildiyi "Mordekay" filmi qapadır. Film bahalı rəsmi əldə etməyə çalışan fırıldaqçıdan bəhs edir. 60 milyon dollar xərc çəkilən ekran işi prokatdan ancaq 47,3 milyon toplayıb.