Təşkilat ekoloji təmiz enerji mənbələrinin araşdırılması və işlənməsi ilə məşğul olacaq. Qeyts qeyd edib ki, günəş və külək enerjisi kimi yenilən enerji mənbələrinin müasir istifadə texnologiyaları sürətli templərlə inkişaf edir. Ancaq, onun fikrincə, digər alternativləri də araşdırmaq lazımdır. O qeyd edib ki, ənənəvi investisiya fondları adətən yüksək maliyyə risklərinə görə belə layihələrə pul yatırmaqdan çəkinirlər. Eləcə də konsorsium "Mission Innovation" proqramında iştirak edən ölkələri maliyyə cəhətdən dəstəkləyəcək. Konsepsiyaya əsasən, proqram işirakçıları qarşıdakı 5 il ərzində ekoloji təmiz enerji mənbələrinin araşdırılması və işlənməsinə investisiyaları 2 qat artırmaq öhdəliyi götürürlər. ABŞ-da bu sahəyə ildə 5 milyarddan çox xərclənir.

Qeyd edək ki, "Microsoft"un təsisçisi Bill Qeyts "Forbes" jurnalı tərəfindən tərtib olunmuş ABŞ-ın ən varlı insanlarının reytinqinə başçılıq edir. Onun sərvəti 76 milyard dollar məbləğində qiymətləndirilir. 2008-ci ilin iyununa qədər korporasiyanın rəhbəri idi, vəzifədən getdikdən sonra direktorlar şurasının qeyri-icra sədri vəzifəsində qalıb. 2010-cu ilin fevralında Qeyts bütün milyarderlərə öz sərvətlərinin yarısını xeyriyyəyə sərf etməyi təklif edib. O, "Bill and Melinda Gates" fonduna 28 milyardan çox vəsait yatırıb.