28 CİNEMA YOXSA PARK CİNEMA

Bakının iki ən məşhur kinoteatrdır: 28 Cinema və Park Cinema

Battle-ın qaydaları

— Battle 7 raunddan ibarətdir
— Hər raundda müvafiq parametrlərə görə iştirakçılara xallar verilir
— Ən çox xal toplayan iştirakçı qalib gəlir

28 Cinema

Ünvan: Füzuli küçəsi ilə Azadlıq prospektinin kəsişməsində, TM 28 MALL
Sayt: 28cinema.az
Telefon: +99412 499 89 88

Park Cinema

Ünvan: Park Bulvar, Metro Park, Flame Towers, Amburan, Zaqulba
Sayt: parkcinema.az
Telefon: +994 12 598 74 14
1. Yerləşmə ərazisi/Şəbəkə

Kinoteatrların müqayisəsini ilkin olaraq onların yerləşmə ərazisindən başlamaq lazımdır. Burada əsas faktorlardan biri kinoteatrların sayıdır, yəni kinoteatrların şəbəkəsidir. Burada sözsüz üstünlük Park Cinema-dadır. Çünki, Park Cinema-nın hal-hazırda şəhərin müxtəlif yerlərində 5 kinoteatrı var:
1. Park Bulvar
2. Metro Park
3. Alov Qüllələri kompleksi
4. Amburan
5. Zaqulba

28 Cinema-nın yaxın zaman ərzində iki yeni kinoteatrın açılması planlaşdırılırsa (Gənclik Mall və köhnə Azərbaycan kinoteatrı) hal-hazırda yeganə kinoteatr Mall28-dədir. 1 xal -Park Cinema

2. İnteryer/Eksteryer

Eksteryerin dizaynı (foye) kinoteatrlarda tamam fərqli bir konseptlərdə qurulub. 28 Cinema-nın foyesı ümumi Mall28-in dizaynına uyğuN düzəldilib. Və xüsusi bir fərqliliyi yoxdur. Park Cinema özəlliyi isə yerləşdiyi Ticarət Mərkəzlərinin dizaynlarından tam fərqli bir konseptdə olmasıdır. Bu fərq daha çox Metro Parkda və Alov Qüllələrində hiss olunur: çox maraqlı və futuristik dizayn. 1 xal – Park Cinema

İnteryerə (zallar) gəldikdə isə burada üstünlük artıq 28 Cinemadadır: Həm adi həm də premium zallarında oturacaqların rahatlığı, zalların dizaynı və əsasən ekranın ölçüləri baxımından. (Park Cinema-nın IMAX zalını çıxmaq şərti ilə) 1 xal – 28 Cinema
3. Filmlər/Seanslar

Bir vaxtlar hər iki kinoteatrın repertuarları tamamilə eyni idi. Lakin, Nizami kinoteatrının yeni təklifləri (türkçə kinolar, futbol) onları yeniliklərdən istifadə etməyə vadar etdi. Həmçinin, Park Cinema-nın kinoteatrlarının sayı çox olduğundan, orada seansları və filmləri daha çox rotasiya etməsini imkan verir. Lakin, onun seçim baxımından 28 Cinema-dan heç bir üstünlüyü yoxdur. Hətta, bəzən 28 Cinema təqdim etdiyi film və ya futbol oyunları Park Cinema-da olmur. Cəmi 1 kinoteatrla 28 Cinema daha maraqlı repertuar təqdim edir. 1 xal – 28 Cinema

4. Biletlərin qiymətləri

28 Cinema

2D filmləri 3D filmləri Platinum zalı
11:59 qədər 3 AZN 4 AZN 25 AZN
12:00-17:59 5 AZN 6 AZN 25 AZN
18:00-son seansa qədər 7 AZN 8 AZN 25 AZN

Park Cinema biletləri həm qiymət baxımından, həm də paket təklifləri baxımından müştəri üçün daha sərfəli və cəlbedicidir. 1 xal – Park Cinema
5. Aksiyalar/Bonuslar

Müştəriləri cəlb etmək üçün kinoteatrlar müxtəlif endirim aksiyaları və bonus kampaniyalarını keçirilər.

Bonus kartları

28 Cinema
CineClub bonus kartları. Standard kart: 10% bonus, Gold kart: 15% bonus. Həmçinin bu karltarın vasitəsi ilə müştərilər müxtəlif iaşə obyektlərində endirim ala bilərlər.

Park Cinema

BonussimoAZ1

Bonussimo kartları. Silver kart: 7.5%, Qızıl kart: 10%, Platinum kart: 12,5% bonus

28 Cinema-nın kartları həm bonus faiz dərəcələri həm də əlavə təkliflər (kafe və restoranlarda, taksi xidmətlərdə endirim) baxımından daha effektivdir. 1 xal – 28 Cinema

Endirim aksiyaları

Endirim aksiyalara gəldikdə isə 28 Cinema demək olar yalnız Ulduzum və Gənc Ol! 1+1 aksiyalarını təklif edir. Park Cinema-nın isə müştərilərə hər bir kinoteatr üçün özəl endirimlərdən yararlanmağa imkan yaradır. 1 xal – Park Cinema

6. Sayt/Mobil tətbiq

Sayt

Dizayn – Park Cinema
Onlayn sifariş – 28 Cinema
Filmlər haqqında məlumat – 28 Cinema
Kontent – Park Cinema
Naviqasiya – bərabərlik

Mobil tətbiq

Saytda olan funksiyalar hər iki kinoteatrın tətbiqlərində var. Sadəcə, Park Cinema-nın mobil tətbiqinin üstünlüyü proqramın içində onlayn bilet sifariş etmək imkan var. 28 Cinema isə sizi sayta yönləndirirlər. 1 xal – Park Cinema
7. Facebook

28 Cinema – 148 000 izləyici
Park Cinema – 134 000 izləyici

Hər iki səhifə əsasən əyləncəli kontentin paylaşılması ilə seçilirlər. Lakin, həm 28 Cinema həm də Park Cinema-nın əsas problemi sosial şəbəkələrdə 90% kontentin rus dilində olmasıdır.

28 Cinema-da ikinci problem özəl kontentin olmamasıdır. Bu sahədə Park Cinema səhifəsinin üstünlüyü var

Həmçinin, səhifələri monitorinq etdikdə Park Cinema-nın postları daha çox bəyənmə, şərh və paylaşım topladıqlarını görmək olar. 1 xal – Park Cinema

Yekun nəticələr

28 Cinema – 3: Park Cinema – 6

Bəs Siz daha çox hansı kinotaetrı bəyənirsiniz? Və nəyə görə?

Blogger - Samir Kərimov

 

Şərhini yaz