Yuxu rejiminiz pozulub?

Yuxu  rejiminiz pozulub? Gün ərzində 8 saat yatmaq üçün  nə etməlisiniz.

Yuxusuzluğun təhlükələri :
Yuxu KEYFİYYƏTİ yalnız idman zalı üçün önəmli deyil.
Gündəlik 8 saatlıq yuxu diabet, piylənmə və ürək-damar  xəstəliklərini və digər sağlamlıq problemlərini və bu xəstəliklərin yaranma riskini azaldır.Böyük Britaniyada əhalinin üçdə bir hissəsi 6 saatdan az yuxu yatırlar.

Amma əlbəttəki tövsiyyə olunur ki, sizin sağlamlığınız üçün yuxu 8 saatdan az olmamalıdır. Yuxu olmaması, sizə işinizdə də narahatçlığa səbəb ola bilər. Bu həm də sizin immun sistemi üçün də təhlükəlidir. Sinirlərinizə də mənfi təsir göstərir. Əgər kifayət qədər  yuxu yatırsınızsa və özünüzü daim yorğun hiss edirsinizsə mütləq bir mütəxəssisə baş vurun. Lazım olan analizlərdən keçin. Bu sizin sağlamlığınız üçün  təhlükə yarada bilər. Xroniki və möhkəm xoruldama da sizin normal yuxu yatmağınızı poza bilər. Buna səbəb gecə yarısı kəskin yüksək xoruldamadan oyanmaq səbəb ola bilər. Burada oksigen çatışmamazlığı tənəffüs zamanı sizə narahatçılıq yaradır.
Rejim ilə və düzgün yuxu yatmaq üçün sadəcə həyat tərzinizdə bəzi dəyişikliklər edin.
·          Günorta saatlarında yatmayın. Qısa müddətli yuxu sizin axşam rahat yatmamağınıza səbəb ola bilər
·          Rejiminizə müşahidə edin.
·          Parlaq  işıqlardan uzaq olun. Yatmazdan 1 saat əvvəl işiqla göz təmasında olmayın
·          Yuxu öncəsi spirtli içki qəbul etməyin.
·          İdmanla məşğul olun
·          Şam yeməyinizi yatmazdan  2 saat əvvəl edin.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.