Ronaldunun evinə virtual ekskursiya Unscriptd Sport telekanalında yayımlanıb. Futbolçunun sözlərinə görə, o, bu ev üçün 4,8 milyon funt sterlinq ödəyib. Ronaldu gəzintini yataq otağından başlayıb: "Bura mənim həyatımda önəmli yer tutur. Günün əsas hissəsini bu otaqda keçirirəm, oyunda yaxşı formada olmaq üçün istirahət edirəm".

Futbolçunun evində 7 yataq otağı, 8 vanna otağı, oğlu Kriştianu Ronaldu üçün oyun meydançası, qonaq otağı, eləcə də böyük mətbəx var. Villanın həyətində isə oğlu və özü üçün iki ayrı hovuz yerləşir.