Pulsuz mesajlaşma, səsli mesaj, şəkil və video göndərmək kimi özəlliyi olan proqrama görüntülü danışıq funksiyası da əlavə ediləcək. Görüntülü zəng etmə funksiyası gələn ildən istifadəyə veriləcək. Video danışığı həm Wi-Fi, həm də mobil internet vasitəsilə aparmaq mümkün olacaq.

"Whatsapp"la bağlı verilən son açıqlamaya görə, mesajlaşma insanın gündəlik həyat tərzinin bir parçasına çevrilib. Məlumata görə, 1 mılyarddan artıq istifadəçi telefona "Whatsapp" yükləyib. İndiyə kimi bu funksiyanın bir çox proqramlarda olmasına baxmayaraq, "whatsapp"da daha çox diqqət çəkəcəyi gözlənilir.