Arda "Barselona"da debüt edə biləcəkmi?

Bu gün İspaniya Kral Kubokunda 1/8 final mərhələsinin ilk görüşlərinə start veriləcək.

İlk oyun günündə 6 qarşılaşma baş tutacaq.

Ən maraqla gözlənilən matçlar Əndəlus və Kataloniya derbiləridir. "Espanyol"u qəbul edəcək "Barselona" ilk dəfə türkiyəli futbolçu Arda Turanın xidmətindən istifadə edə bilər. Əndəlus derbisində isə "Sevilya" "Betis"in qonağı olacaq.

Azərbaycan yığmasının üzvü Eddi İsrafilovun komandası "Eybar" isə sabah meydana çıxacaq. Şəhərin eyniadlı təmsilçisi öz meydanında "Las Palmas"la üz-üzə gələcək.
İspaniya Kral Kuboku
1/8 final mərhələsi, ilk oyunlar

6 yanvar
15:00. "Atletik" - "Vilyareal"
19:00. "Mirandes" - "Deportivo"
19:00. "Valensiya" - "Qranada"
21:15. "Betis" - "Sevilya"
23:30. "Barselona" - "Espanyol"
01:05. "Rayo Valyekano" - Atletiko"

7 yanvar
23:30. "Kadiz" - "Selta"
23:30. "Eybar" - "Las Palmas"

Qeyd edək ki, bu mərhələnin cavab oyunları yanvarın 13-də keçiriləcək.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.