İki il öncə o, Milan moda həftəsində Gucci brendinin nümayişində iştirak edib. Reklam kampaniyasından olan ağ-qara fotonu öz Instagram səhifəsində Dior Homme-un kreativ direktoru Kris Van Aş paylaşıb. Alen Delonun özü də bir neçə il öncə Dior Eau Sauvage kişi ətirinin siması olub.

Məşhurların övladlarının reklam kampaniyalarında iştirakı əsl trendə çevrilib. Bu yaxınlarda Pamela Anderson və musiqiçi Tommi Li Dilanın oğlu Saint Laurent moda evinin reklamında çəkilib, aktyor Şon Pennin uşaqları Hopper və Dilan Penn isə Fay yaz-yay 2016 reklam kampaniyasının simaları olublar.