Məlumata görə, bu məhsul bazara 2017-ci ildə çıxarıla bilər. Məftilsiz şarj etmə cihazının hazırlanmasında əsas problem məsafədə enerjinin itirilməsidir. Bununla belə, Apple mütəxəssisləri ümid edirlər ki, ayfonlar və aypədlər enerji mənbəyindən əhəmiyyətli məsafədə belə enerji yığacaq. Broadcom və Qualcomm şirkətləri də belə alətin standartları üzərində çalışırlar.

Qeyd edək ki, hazırda mobil rabitə bazarında məftilsiz enerji yığan cihazlar var. Qacetin enerji yığması üçün onu xüsusi panelə qoymaq kifayətdir. Apple bu texnologiyanı öz saatlarında istifadə edir - onlar mənbədən bir neçə millimetr məsafədə enerji yığa bilir.