Fotosessiya canlı efirdə keçib və sosial şəbəkələrdə yayımlanıb. Şəkillərin internetə düşməsindən əvvəl Burberry brendi tənqid atəşinə tutulub. Moda evini "dostbazlıqda" ittiham ediblər. The Guardian yazır ki, şirkətin bu qərarı əsl peşəkarlara, əsl moda fotoqrafiyasına və incəsənətə qarşı hörmətsizlikdir. Bunu "layk" ardınca qaçma adlandırırlar.

Moda evinin kreativ direktoru Kristian Beyli isə ittihamlara reaksiya verib və Bruklini müdafiə edib. "Bruklin yaxşı kadrlar çəkə bilir, Instagram isə onun işlərinin nümayişi üçün əsl meydançadır. Onun stili və fotonu görmə qabiliyyəti var və bizə reklam kampaniyasında lazım da məhz budur"-deyə, o, bildirib.